Xəbər lenti

Məhkəmə 10,5 min insanın qətlində iştirak edə 99 yaşlı nasistin şikayətini rədd etdi
Dünya 19:25 20.08.2024

Məhkəmə 10,5 min insanın qətlində iştirak edə 99 yaşlı nasistin şikayətini rədd etdi

Leypsiq məhkəməsi Ştuttof konsentrasiya düşərgəsində 10,5 min qətlin iştirakçısı olmaqda təqsirli bilinən 99 yaşlı İrmqard Furçnerin şikayətini rədd edib. 

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, Federal Ədliyyə Məhkəməsi 2022-ci ilin dekabrında Almaniyanın şimalındakı İtzehoe əyalət məhkəməsi tərəfindən iki il şərti cəza verilən İrmqard Furçnerin hökmünü qüvvədə saxlayıb.

İrmqard Furçner 1 iyun 1943-cü ildən 1945-ci il aprelin 1-dək Stutthof konsentrasiya düşərgəsinin komendantı, SS zabiti Pol-Verner Hoppenin stenoqrafı olub. Dansiq (indiki Polşanın Qdansk şəhəri) yaxınlığında yerləşən konsentrasiya düşərgəsinə əvvəlcə şəhərdən qovulmuş yəhudilər də daxil olmaqla polyakları, sonra isə Baltikyanı respublikalardakı gettolardan olan yəhudiləri, Osvensim konsentrasiya düşərgəsindən, eləcə də Sovet vətəndaşlarını göndərilib. Bütün müddət ərzində konsentrasiya düşərgəsində 60 mindən çox insan öldürülüb və ya müxtəlif səbəblərdən ölüb.

İrmqard Furçner ilk dəfə II Dünya müharibəsinin başa çatmasından dərhal sonra mühakimə olunub. Lakin o, ittiham olunduğu cinayətləri törətdiyi vaxt 18-19 yaşında olduğu üçün yetkinlik yaşına çatmayanlar məhkəməsinə çıxarılıb. Sonra məhkəmə təqsirləndirilən şəxsin cinayətləri törətdiyi zaman mümkün olan "ağıl yetkinliyini" nəzərə alınaraq, onun təqsirli olduğuna dair təkzibolunmaz sübutlar təqdim edə bilməyib. 

2011-ci ilə qədər İrmqard Furçnerin günahını məhkəmədə sübut etmək mümkün olayıb. Lakin 2011-ci ildə Münhen məhkəməsi 91 yaşlı Con Demyanyuku Sobibor həbs düşərgəsində mühafizəçi işləməsi səbəbilə 27 900 yəhudinin qətlində iştirak etməkdə təqsirli bilib. Bu, oxşar işlərin mühakimə olunması üçün presedent yaradıb.

2022-ci ilin dekabrında Almaniyanın şimalındakı İtzehoe məhkəməsi bir illik dinləmələrdən sonra İrmqard Furçneri iki il şərti həbs cəzasına məhkum edib. Yekun ifadəsində İrmqard Furçner müharibə zamanı baş verənlərdən təəssüfləndiyini bildirsə də, heç vaxt günahını etiraf etməyib. O, nasist konsentrasiya düşərgəsində törətdiyi cinayətlərdə təqsirli bilinən ilk alman mülki qadın olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->