Xəbər lenti

Mask Olimpiadanın açılışını xristianlara qarşı açıq hörmətsizlik adlandırdı
Dünya 10:53 27.07.2024

Mask Olimpiadanın açılışını xristianlara qarşı açıq hörmətsizlik adlandırdı

Amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində (keçmiş Twitter) Olimpiya Oyunlarının açılış mərasimini transvestitlərin Son Şam yeməyini təsvir etməsinə görə tənqid edib.

Qaynarinfo bu barədə Gazeta.ru-ya istinadla xəbər verir.

"Bu, xristianlara qarşı açıq hörmətsizlik idi", - Mask yazıb.

Olimpiada tarixində ilk dəfə mərasim stadionda deyil, şəhərin görməli yerləri fonunda baş tutub - idmançılar Sena boyunca Austerlitz körpüsündən Yena körpüsünə qədər 180 qayıqla üzüblər.

Parisdə Oyunların açılışından əvvəl Olimpiya məşəlini repçi Snoop Dogg aparıb və qatil paltarı geyinmiş məşəlçi Olimpiya məşəli ilə şəhərin damları ilə qaçıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->