Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın artan təzyiqləri fonunda təhlükəsizlik tədbirlərini xeyli gücləndirib.
Qaynarinfo-nun məlumatına görə, "The New York Times" bu barədə öz mənbələrinə istinadən yazıb.
Maduro artıq bir yerdə gecələməkdən çəkinir və mobil telefonlarını tez-tez yeniləyir. Mənbələrin məlumatına görə, Maduro mümkün "dəqiq zərbə" və ya xüsusi təyinatlı qüvvələrin qəfil reydi ehtimalından qorunmaq üçün gecələdiyi yerləri və telefonlarını davamlı olaraq dəyişir. Bildirilir ki, bu ehtiyat tədbirləri sentyabr ayından etibarən daha da gücləndirilib.
Qəzet yazır ki, ABŞ-la Maduronun devrilməsi barədə aparılan dialoqlar Venesuela prezidentinin yaxın çevrəsində gərginlik və narahatlıq atmosferi yaradıb. Bununla belə, məlumatda vurğulanır ki, Maduro vəziyyətə nəzarəti əlində saxladığına inanır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ordu Venesuelada quru əməliyyatına başlamağa hazırlaşır və zərbələr yalnız dənizdən deyil, qurudan da endiriləcək. Daha əvvəl Tramp prezident Nikolas Maduroya ölkəni 28 noyabra qədər tərk etməsi üçün ultimatum vermiş, ikincinin imtinasından sonra isə Venesuelanın hava məkanını tamamilə bağlı elan etmişdi.
Aydın
Şərhlər