Xəbər lenti

Macarıstanın rusiyalılar üçün bu qərarı Aİ-nin təhlükəsizliyini təhdid edir - Yohansson
Dünya 14:50 02.08.2024

Macarıstanın rusiyalılar üçün bu qərarı Aİ-nin təhlükəsizliyini təhdid edir - Yohansson

Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Yohansson bildirib ki, Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza məhdudiyyətlərini yumşaltması qərarı Avropa İttifaqının təhlükəsizliyinə potensial təhlükə yaradır.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Rusiya təhlükəsizliyə təhdiddir. Biz daha da ayıq-sayıq olmalıyıq. Bu gün məktubda Macarıstan hökumətindən izahat tələb edirəm. Onların asan giriş sxemi risk yaradırsa, biz hərəkətə keçəcəyik”, - deyə rəsmi bildirib.

Agentliyin məlumatına görə, Yohansson məktubunda Macarıstandan "bu birtərəfli tədbirlərdən Şengen zonasına potensial təhlükəni nəzərə alaraq” avqustun 19-dək viza sxemi ilə bağlı suala cavab verməsini xahiş edib. O, həmçinin bildirib ki, bu addım Aİ qanunlarını pozarsa və ya Şengen zonasının fəaliyyətini təhlükə altına salarsa, "müvafiq nəticələr” çıxaracaq.

Eyni zamanda, Yohansson konkret hansı hərəkətləri edə biləcəyini açıqlamayıb. "Reuters”in qeyd etdiyi kimi, Avropa Komissiyası, Aİ qanunlarının pozulduğunu hesab edərsə, üzv dövlətə qarşı hüquqi tədbir görə bilər.

Xatırladaq ki, Orbanın Moskvaya səfərindən sonra Macarıstan rusiyalılar və belaruslar üçün giriş şərtlərini sadələşdirir.

Budapeşt onları Macarıstanda iki il müddətinə uzadılma imkanı ilə işləmək imkanı verən "milli kart” proqramına daxil edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->