Xəbər lenti

Leysan Məmmədovdan deputatın oğluna 8 milyonluq sifariş
Ekonomiks 12:56 04.11.2025

Leysan Məmmədovdan deputatın oğluna 8 milyonluq sifariş

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 8 050 336,09 manat təşkil edir. Şirkət bu məbləğə bir bina tikəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. 

"Diler İnşaat” QSC-nin deputat Ülvi Quliyevə məxsus olduğu iddia edilir. İddia təsadüfən ortaya atılmayıb. Məsələ burasındadır ki, "Diler İnşaat” QSC-nin təsisçisi Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. 


Ülvi Quliyev və Orxan Quluzadə

Orxan Quluzadə 2016-cı ildən medianın diqqətinə gəlib. Həmin vaxtlarda onun tikinti biznesinə başladığı və bir neçə şirkət təsis etdiyi barədə məlumatlar yayılmışdı. 

"Diler İnşaat” QSC təkcə tikinti işləri görmür, həmçinin inşaat materiallarının satışını həyata keçirir, eyni zamanda layihələndirmə, interyer və eksteryer dizayn xidmətləri göstərir. Bir neçə il əvvəl Dərnəgüldə şirkətin seramik mərkəzi açılıb. 

Ülvi Quliyev 2005-ci ildən deputatdır. O, parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir. 


Leysan Məmmədov

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədovdur. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, daha sonra direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri və 2022-ci ildə qısa müddət Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Leysan Məmmədov bir müddət əvvəl oğlu Elnur Məmmədovun "Sea Breez”də dava salması ilə gündəmə gəlmişdi. 

Seyid 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->