Xəbər lenti

Kasıb mədənçi bahalı almaz tapdı:
Dünya 17:08 30.07.2024

Kasıb mədənçi bahalı almaz tapdı: "Borclarımı ödəyəcəm" (FOTO)

Hindistanda borca ​​düşən kəndli Racu Qaund mədəndə 74 min funt-sterlinq dəyərində almaz tapıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hindistanda yoxsul işçilər kənd təsərrüfatı işlərinin olmadığı dövrlərdə pul qazanmaq üçün qiymətli daşlar axtarmaq üçün tez-tez hökumətdən mədən icarəyə götürürlər. İki ay əvvəl Qoundun atası belə bir mədən icarəyə götürüb.

İyulun 23-də Racu həmişəki kimi mədəndə işləyirmiş. O, çuxur qazıb ələkdə torpağı və daşları ələkləməyə başlayıb. Birdən mədənçi kiçik bir parlaq obyekt görüb. Qound onu günəşdə yoxlayıb və almaz olduğunu başa düşüb. O, tapıntını dövlət qiymətləndiricilərinə təhvil verib, onlar daşın həqiqiliyini yoxlayıb, çəkini və qiymətini açıqlayıb. Məlum olub ki, almazın qiyməti 74 min funt-sterlinqdən çoxdur.

Qound tapıntıya görə dövlətdən təzminat alacaq. Mədənçi artıq pulu necə xərcləyəcəyinə qərar verib. Onun sözlərinə görə, bütün borclarını ödəməyi, yeni ev tikməyi, qalan məbləği isə qohumlarına paylamağı planlaşdırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->