Şahmat üzrə on altıncı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen dünya tacı uğrunda namizədlər turnirində iştirak etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider" məlumat
yayıb.
"Narahat olmayın, mən namizədlər turnirində iştirak etməyəcəyəm. Əsas səbəb ondan həzz almamağımdır”, qrossmeyster qərarını şərh edib.
Karlsenin sözlərinə görə, o, indiki həyat tərzini bəyənir, belə yarışlarda iştirak etməyə ehtiyac yoxdur:
"Mən həqiqətən darıxmıram. İndiki həyatı çox bəyənirəm. Evdə oynayıram, həm də səyahət edir, turnirlərdə oynayıram”.
Karlsen 2013-cü ildə dünya çempionu olub. O vaxtdan bəri o, bir neçə dəfə titulunu qoruyub.
2022-ci ildə Karlsen titulunu müdafiə etməyəcəyini açıqlayıb.
Nizami Bağırov
Şərhlər