Xəbər lenti

Kanadalı modelyer təcavüzə görə 11 il həbs cəzasına məhkum edildi
Dünya 11:17 10.09.2024

Kanadalı modelyer təcavüzə görə 11 il həbs cəzasına məhkum edildi

Toronto məhkəməsi 83 yaşlı kanadalı modelyer Peter Nayqardı 11 il müddətinə azadlıqdan məhrum edib. O, 16-20 yaşlı qadınların zorlanması ilə bağlı dörd ittiham üzrə təqsirli bilinib. Artıq həbsdə olduğu vaxtı nəzərə alsaq, o, 7 ildən az müddətə həbsdə qalacaq. Prokurorlar onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Qaynarinfo CBC-yə istinadən xəbər verir ki, məhkəmədə Piter Nayqardın 1980-ci illərin sonu və 2005-ci illər arasında təcavüz edib döydüyünü iddia etdiyi dörd qadının ifadəsi araşdırılıb.

Həmin vaxt onlardan üçünün təxminən 20, dördüncünün isə 16 yaşı olub. Məhkəmə qərara belə qənaətə gəlib ki, modelyer var-dövlətindən və gücündən istifadə edərək qadınları yaradığı Nayqard şirkətinin baş ofisinə ekskursiyalara cəlb edib. O, epizodların biri üzrə zorlamada təqsirli bilinməyib.

"The New York Times” qeyd edir ki, Peter Nayqardın vəkili məhkəmədə modelyerin keçmiş biznes tərəfdaşları, vəkilləri, dostları və ona zəmanət verən pastorlardan 17 tövsiyə məktubu təqdim edib. Peter Nayqard əvvəlki ifadəsində onu zorakılıqda ittiham edən qadınları çox az xatırladığını və danışdıqları hadisələrin versiyalarının onun xarakterinə uyğun olmadığını söyləyib.

Hökmün elan edilməsi dəfələrlə təxirə salınıb. Səbəblərdən biri Nayqardın komandasından bir neçə vəkilin etik səbəblərə görə onun maraqlarını təmsil etməkdən imtina etməsi olub. Bir neçə aydan sonra Monreal və Vinnipeqdə cinsi cinayətlər ittihamı üzrə məhkəmələr başlayacaq. Sonra modelyer ABŞ-a ekstradisiya edilməlidir - Nyu-York məhkəməsi onu cinsi istismar məqsədilə insan alverində ittiham edib.

Qeyd edək ki, Peter Nayqard 1967-ci ildə qadın geyimləri ilə məşğul olan "Nygard International" şirkətini qurub. 2020-ci ildə o, Vinnipeqdə saxlanılıb, bundan sonra şirkət rəhbəri vəzifəsini tərk edib. Daha sonra "Nygard International” şirkəti iflasa uğrayıb. Həmin il modelyerə qarşı 84 qadın zorlama iddiası ilə (bəziləri 14-15 yaşlarında) iddia qaldırıb. Bundan az əvvəl onun iki oğlu məhkəməyə müraciət edib. Onlar atalarını yeniyetməlik illərində seks işçiləri ilə cinsi əlaqəyə sövq etməkdə ittiham ediblər. Modelyer bütün ittihamları rədd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->