Xəbər lenti

İsrail Qəzzada HƏMAS-ın iqtisadiyyat nazirinin öldürüldüyünü açıqladı
Dünya 18:14 05.08.2024

İsrail Qəzzada HƏMAS-ın iqtisadiyyat nazirinin öldürüldüyünü açıqladı

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-ın İqtisadiyyat naziri Abed Əl-Zereyin öldürüldüyünü açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat bazar ertəsi, avqustun 5-də İDF-nin rəsmi Telegram kanalında yayılıb.

"İsrail Müdafiə Qüvvələri avqustun 4-də İDF kəşfiyyatının yardımı ilə HƏMAS-ın hərbi qanadının istehsalat şöbəsində işləyən və HƏMAS-ın Qəzza zolağında iqtisadiyyat naziri vəzifəsində çalışmış terrorçu Abed Əl-Zereyi məhv edib”, - məlumatda deyilir.

İDF qeyd edib ki, əl-Zerey Qəzza zolağına axan humanitar yardıma nəzarəti ələ keçirməkdə mühüm rol oynayıb və həmçinin HƏMAS-ın nəzarətində olan bazarları idarə edib.

Bundan əlavə, o, yaraqlılar üçün yanacaq, qaz və vəsaitin bölüşdürülməsinə cavabdeh olub. 

İDF-nin bildirdiyinə görə, HƏMAS-ın istehsal şöbəsi qismən "Yaxın Şərqdəki digər terror təşkilatları ilə məlumat mübadiləsi” yolu ilə təşkilatın hərbi potensialının artırılması ilə məşqul olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->