Xəbər lenti

İspaniyalı triatlonçu ağır qəza keçirdi
İdman 16:02 22.01.2024

İspaniyalı triatlonçu ağır qəza keçirdi

İspaniyalı triatlonçu Lukas Qarsiya Pikon ağır qəza keçirib.

Qaynarinfo-nun məlumatına görə, 17 yaşlı idmançı velosiped sürərkən qəzaya düşüb. Pikon avtomobilə çırpıldıqdan sonra ağır kəllə-beyin travması alıb. Onun, həmçinin bir neçə qabırğası sınıb, böyrəkləri və ağciyərləri zədələnib.

İspan mətbuatının yazdığına görə, triatlonçu keçirdiyi qəzadan dərhal sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Pikon 15-19 yaş qrupu üzrə dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısıdır.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->