Kiyev vilayətinin Borodyanka şəhərində Rusiya ordusunun işğalından sonra ilk dəfə futbol oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, Borodyanka Uşaq-Gənclər İdman Məktəbinin bazasında "Bayden” könüllülər batalyonunun komandası ilə Kiyev "Dinamo”sunun veteranları arasında yoldaşlıq matçı baş tutub. Görüş 5:5 hesabı ilə yekunlaşıb.
"Dinamo”nun veteranlardan ibarət komandasının qollarına Azərbaycan əsilli Aleksandr Əliyev, Oleq Salenko, Andrey Boqdanov, Roman Paxolyuk və Viktor Moroz imza atıb.
Qeyd edək ki, aprelin 2-də Kiyev vilayəti rus qoşunlarından azad edilib. Borodyanka işğal dövründə tamamilə dağıdılıb. Şəhərdə dağılmamış ev qalmayıb, top və raket hücumlarından zirzəmilərdə gizlənən insanlar dağıntılar altında qalıb.
Aydın
Şərhlər