İngiltərədə transseksual idmançılar iyunun 1-dən qadın futbol komandalarında oynaya bilməyəcəklər.
Qaynarinfo xəbər verir ki, bu qərarı İngiltərə Futbol Assosiasiyası (FA) verib.
"BBC Sport" qeyd edir ki, transgenderlərin qadın futbolu oynamasına qadağa Böyük Britaniya Ali Məhkəməsinin qadının qanuni tərifinin bioloji cinsiyyətə əsaslandığına dair qərarı fonunda tətbiq edilib.
Belə ki, yeni qaydalara əsasən, yarışlarda iştiraka yalnız anadangəlmə qadın olanlara icazə veriləcək.
"Bu, sadəcə olaraq sevdikləri oyunu öz cinsləri ilə oynamaq istəyən insanlar üçün çətin olacaq. Biz dəyişiklikləri və oyunda necə iştirak etməyə davam edə biləcəklərini izah etmək üçün hazırda qeydiyyatdan keçmiş transgender qadınlarla əlaqə saxlayırıq", deyə FA şərh edib.
"BBC Sport" mənbələri bildiriblər ki, Şotlandiya Futbol Assosiasiyası da yaxın vaxtlarda oxşar qərar verəcək.
Keçən ay FA milyonlarla həvəskar oyunçu arasında qeydiyyatdan keçən 20 transgender qadının olduğunu, lakin İngiltərədə peşəkar futbolda heç birinin oynamadığını bildirib.
Aydın
Şərhlər