Xəbər lenti

İlham Əliyevin Qahirədə rəsmi qarşılanma mərasimi oldu
Siyasət 11:47 08.06.2024

İlham Əliyevin Qahirədə rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində "Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub.

"Report"un Qahirəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Sonra birgə foto çəkdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->