Xəbər lenti

Azərbaycan nefti 2 dollardan çox bahalaşdı - Yeni qiymət
Ekonomiks 09:49 29.04.2026

Azərbaycan nefti 2 dollardan çox bahalaşdı - Yeni qiymət

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,04 ABŞ dolları və ya 1,79% artaraq 115,89 ABŞ dolları olub.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 116,42 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,94 ABŞ dolları və ya 1,75 % artaraq 112,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
--> -->