Bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitetinə çevrilə bilər.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda texnologiyalar inkişaf edir və Azərbaycanda da bu yöndə inkişaf davam edir.
Nazir müavini bu proseslər çərçivəsində Elm və Təhsil Nazirliyinin qarşısında böyük işlər dayandığını qeyd edib:
"Azərbaycan şagirdləri dünyanın nüfuzlu universitetlərində təhsil alır. Təhsil, elm və istehsalat inteqrasiya edilməlidir. 2024-cü ildən nazirlikdə bu yöndə islahatlara start verildi. Hazırda 15 müəssisə nazirliyin tərkibində fəaliyyət göstərir".
F. Qurbanov qeyd edib ki, təhsil və innovasiyalar arasında əlaqələrin gücləndirilməsi, universietlərin tədqiqat universitetlərinə çevrilməsi yönündə addımlar atılıb.
"Bu il Azərbaycanda iki universitet tədqiqat universitetinə çevrilə bilər"- sonda bildirib.//Modern.az
Şərhlər