Xəbər lenti

Honq-Konqda vəfat edən bəstəkarımızla bağlı rəsmilər nə deyir?
Sənət 12:04 10.10.2022

Honq-Konqda vəfat edən bəstəkarımızla bağlı rəsmilər nə deyir?

Honq-Konqda vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəşinin Azərbaycana gətirilib-gətirilməməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Qaynarinfo məsələ ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı ilə əlaqə saxlayıb. İttifaqdan bildiriblər ki, Ruhəngiz Qasımovanın harada dəfn olunacağı ilə bağlı quruma rəsmi məlumat verilməyib.
 
Mədəniyyət Nazirliyindən də bildiriblər ki, məsələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur. 

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Bəstəkar Honq-Konqda qızının yanında vəfat edib.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->