Xəbər lenti

Hindistan şəhərini seldən sonra timsahlar basdı - Sakinlər evdən çıxa bilmir (VİDEO)
Dünya 15:57 03.09.2024

Hindistan şəhərini seldən sonra timsahlar basdı - Sakinlər evdən çıxa bilmir (VİDEO)

Hindistanda Vadodara şəhəri böyük daşqından sonra timsahlar tərəfindən basqına məruz qalıb. 

Qaynarinfo bu arədə "Oddity Central"a istinadən xəbər verir. 

Vadodara şəhərinin sakinləri seldən sonra peyda olan timsah dəstələrindən şikayətləniblər. Yerli sakinlər etiraf edirlər ki, indi küçəyə çıxmaqdan qorxurlar.

Yırtıcılar ev heyvanları və mal-qara ilə qidalanaraq insanlara ciddi problemlər yaradır. Bundan əlavə, yerli sakinlər sürünənlərin şikarına çevrilməmək üçün küçələrə çıxmaqdan qorxurlar.

"Vadodara ikiqat təhlükə ilə üz-üzədir: daşqın və timsahlar. Vişvamitri çayı bəndlərini aşdıqda timsahlar şəhərin müxtəlif yerlərində yaşayan müxtəlif yaşayış məntəqələrinə daxil olurlar", deyə məlumatda bildirilir.

Şəhər rəhbərliyi bildirib ki, timsahlarla bağlı problemi xüsusi nəzarətdə saxlayırlar və sakinlərdən onların tutulmasına köməklik göstərmələrini xahiş edirlər.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->