Pentaqon rəhbəri Pit Heqset Sakit okeanın beynəlxalq sularında narkotik daşımaq üçün istifadə olunan gəminin Amerika qüvvələri tərəfindən məhv edildiyini bildirib.
"Report"un məlumatına görə, Heqset bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Heqsetin sözlərinə görə, Amerika hərbçiləri oktyabrın 22-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Sakit okeanın şərq hissəsində kiçik gəmiyə zərbə endirib. Katerdə ABŞ-nin terror təşkilatı hesab etdiyi qruplaşmanın üzvlərinin narkotik daşıdığı bildirilib.
"Beynəlxalq sularda endirilən zərbə zamanı gəminin göyərtəsində üç narkoterrorçu kişi var idi, onlar öldürüldülər. Amerika hərbçiləri xəsarət almayıb. Bu cür zərbələr davam edəcək", - Pentaqon rəhbəri qeyd edib.
Şərhlər