Xəbər lenti

Ölkə 11:11 18.07.2025

"Heç kimə heç nə etməmişik, amma o qədər düşmənimiz var ki..." - Xalq artistinin qızı

"Bu cəmiyyətdə gərək sakit olmayasan. İnsanın başına hər şey sakit olmağından gəlir. Sakit oldunsa, istəməyənlər başından basacaqlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiq anasının "Çoxları da soruşurdular ki, görək bu nə vaxt öləcək" fikirlərinə aydınlıq gətirərkən deyib. Nigar Tofiq Fatma Mahmudovanın müalicəsinin davam etdiyini bildirib:

"Anam evdədir, səhhəti ilə əlaqədar hələ teatra gedə bilmir. Müalicəsi davam edir, sentyabr ayında yeni mövsümdə teatrda tamaşaçılarının qarşısında olacaq. Anam bu fikirləri elə-belə deməyib, biz heç kimə heç nə etməmişik. Amma hamının başına da daş olmuşuq. O qədər düşmənlərimiz var ki. Anam çox sakit qadındır. Bu cəmiyyətdə həmişə sakit adamlar əziyyət çəkir. Anam bu səviyyəyə əziyyəti ilə gəlib”. 

Nigar Tofiq deyir ki, Fatma Mahmudova bir yana, onun da düşmənləri var:

"Mən hələ gəncəm, kimə nə etmişəm? Bu gün mənim də ayağımdan çəkirlər. Gedirsən bir verilişə, baxırsan ki, qarşında oturan sənin ayağından çəkir. Adama deyərlər ki, səni narahat edirəmsə, mənimlə verilişə gəlmə”.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova açıqlamasında bəzi həmkarlarından gileylənib. Aktrisa "Çoxları yazır ki, Allah ona rəhmət eləsin. Çoxları da soruşurdular ki, necədir? Bilirsiniz nə ilə maraqlanırdılar? Görək bu nə vaxt öləcək", - deyə bildirib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->