Xəbər lenti

Havada tozun miqdarı nə vaxt azalacaq?
Ölkə 11:49 04.09.2024

Havada tozun miqdarı nə vaxt azalacaq?

"Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə  azalma müşahidə olunur”.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur:

"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksək olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->