Xəbər lenti

Gürcüstandan aralarında azərbaycanlı da olan 96 əcnəbi deportasiya edildi
Dünya 12:21 06.05.2025

Gürcüstandan aralarında azərbaycanlı da olan 96 əcnəbi deportasiya edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi tərəfindən 2025-ci ilin aprel ayında 96 əcnəbi vətəndaş ölkədən deportasiya olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, Miqrasiya İdarəsinin nazirliyin digər struktur bölmələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan əcnəbilərdən bir qismi Gürcüstanı könüllü şəkildə tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb.

Deportasiya olunan şəxslərin bir müddət ölkəyə daxil olması da qanunla qadağan edilib.

Gürcüstandan çıxarılan əcnəbilər Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Slovakiya, Qazaxıstan və Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, Gürcüstan DİN-in Miqrasiya İdarəsi ölkə ərazisində qanunsuz yaşayan əcnəbilərin müəyyən olunması və onların ölkədən çıxarılması ilə bağlı səlahiyyətə malikdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->