Xəbər lenti

Günay İbrahimli bəstəkara kompenssasiya ödəyibmiş - Şampun reklamına görə... (VİDEO)
Video 12:23 13.09.2024

Günay İbrahimli bəstəkara kompenssasiya ödəyibmiş - Şampun reklamına görə... (VİDEO)

Bəstəkar-müğənni Pərviz Mahmudov "Vitex" şirkətini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, Pərviz Mahmudov məhkəmədə iddia edib ki, 2014-cü ildə bəstələdiyi "Dəlisiyəm gecənin" adlı musiqi əsəri ilə ifaçısı Günay İbrahimli sözügedən şirkətin reklamına çəkilib. Reklam çarxı bir sıra televiziyalarda yayımlasa da, sonradan bəstəkarın şikayəti əsasında yayımı dayandırılıb. 

Pərviz Mahmudov həm musiqinin ifaçısı Günay İbrahimlini, həm də "Vitex" şirkətini məhkəməyə verib. Sonradan müğənni ilə razılaşıb və dəymiş maddi zərərin əvəzini Günay İbrahimlidən alıb. 

Bəstəkar məhkəmədən maddi ziyanın əvəzi kimi 30.000, mənəvi zərərin əvəzi kimi isə 60.000 manat olmaqla, ümumilikdə 90.000 manat kompensasiyanın və ödənilmiş 360 dövlət rüsumunun "Vitex" şirkətindən tutululması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 13975 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış "Dəlisiyəm gecənin" musiqi əsərinin notları ilə məhkəməyə təqdim edilmiş "Vitex" şampun məhsulun reklam çarxında səslənən musiqi əsəri müqayisəli təhlil olunub. Not yazısı və reklam çarxında səslənən musiqi əsərləri (mətnsiz) üst-üstə düşüb və eynilik təşkil edib. 

"Vitex" şirkətinin nümayəndəsi məhkəmə iclasında bəstəkarın iddia tələbini qəbul etməyib. Qurum reklam çəkilişini həyata keçirən başqa bir şirkət ilə xidmət müqaviləsi bağlayaraq, sözügedən işi həyata keçirdiyini bildirib. Pərviz Mahmudova 2022-ci ildə reklam çəkilişini həyata keçirən şirkət barəsində iddia qaldırması tövsiyyə edilib. O, isə bunu etməyəcəyini deyib. 

Məhkəmənin qərarı ilə bəstəkarın tələbinə dair iddiası rədd edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->