Xəbər lenti

General Tofiq Həsənovun məhkəməsi başlayır
Ölkə 20:45 15.11.2023

General Tofiq Həsənovun məhkəməsi başlayır

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Hüseyn Məmmədovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. İlk iclas noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->