Xəbər lenti

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb
Ekonomiks 13:18 22.03.2025

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb

Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib.

"Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb.

Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7 % təşkil edir.

Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43 %) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu Avropa ölkəsinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik müqayisədə 5,83 % artım) təşkil edib.

2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,854 milyon ABŞ dolları, ölkəyə yatırılan investisiyaların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->