Xəbər lenti

Fərhad Əhmədovun şirkəti xarici valyutaya görə cərimələndi
Ekonomiks 10:42 13.08.2022

Fərhad Əhmədovun şirkəti xarici valyutaya görə cərimələndi

Teymur Əhmədov adına "AzNar" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində "az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Xatırladaq ki, "AzNar” QSC-nin qanuni təmsilçisi Teymur Əhmədovdur. Fərhad Əhmədov həm də "AzNar”ın təsisçisi və mojaritar səhmdarıdır.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->