Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əş-Şabab"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb.
Onun komandası Kral Kubokunun 1/4 finalında "Əl-Feyha"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
"Əş-Şabab" Fatih Terimin rəhbərliyi altında növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.
Qeyd edək ki, Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.
Şərhlər