Xəbər lenti

Eşşəkarılarının 240 dəfə sancdığı kişi sağ qaldı (FOTO)
Dünya 22:00 28.08.2024

Eşşəkarılarının 240 dəfə sancdığı kişi sağ qaldı (FOTO)

Qaynarinfo bu barədə "Mirror"a istinadən xəbər verir.

Britaniyalının sözlərinə görə, hadisə onun ferma sahəsində baş verib. Endryu Pauell deyib ki, eşşəkarıların hücumuna məruz qalan fermasının vəziyyətini qiymətləndirmək üçün evdən çıxaraq, əraziyə gedib. Bir dəqiqədən az müddətdə arılar onu təxminən 240 dəfə sancıblar. Britaniyalının arvadı Gina ərini eşşəkarılardan qorunmaq üçün vedrələrlə soyuq sudan istifadə edib, bundan sonra kişi xəstəxanaya aparılıb.

Orada vəziyyətini stabilləşdirmək üçün ona adrenalin və morfin verilib. 

"Yarpaq kimi titrəyirəm, bədənim ağrı ilə doludur. Arılar üstümə cumdu və mən bacardığım qədər tez evə tərəf qaçdım, amma bir neçə saniyə ərzində onlar üstümə düşdülər. Onlar hər yerdə idilər", deyə Endryu Pauell bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->