Xəbər lenti

Ermənistan İran əleyhinə bəyanatlar platformasına çevrilməməlidir - Erməni ekspert
Dünya 16:18 20.09.2022

Ermənistan İran əleyhinə bəyanatlar platformasına çevrilməməlidir - Erməni ekspert

Heç bir halda Ermənistan ABŞ, Rusiya və İran arasında maraqların toqquşmasının mərkəzinə çevrilməməlidir. Belə yanaşma ağlabatan deyil və Ermənistan dövlətçiliyi və erməni xalqının təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri "Sputnik Ermənistan”a müsahibəsində iranşünas Vardan Voskanyan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən deyib.

"İran tərəfi ona düşmən olan dövlətin yüksək rütbəli məmurunun qonşu ölkəyə səfərinə göz yuma bilməz. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri ilə bağlı İran tərəfi media vasitəsilə və ekspertlər səviyyəsində mülayim mövqe nümayiş etdirib”, - ekspert qeyd edib.

Voskanyanın fikrincə, Ermənistan iki əsas istiqamətdə hərəkət etməli idi: ilk növbədə, ABŞ-ın Azərbaycanın hərəkətlərinə mümkün qədər sərt reaksiya verməsi və Vaşinqtondan bu ölkəyə göstərilən hərbi-siyasi yardımı tamamilə dayandırmasına nail olmaq.
"İkincisi, Ermənistan səylər göstərə və imkan daxilində ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarının yumşaldılmasına töhfə verə bilərdi. Bu da Ermənistanın öz maraqlarından irəli gəlir. Əgər ABŞ Ermənistanın daha yüksək subyektivliyə malik olmasının tərəfdarıdırsa, o zaman biz ABŞ, Rusiya və İranın maraqlarını müqayisə edə, tərəflərin bir-biri ilə danışacağı platformaya çevrilə bilərdik”, - iranşünas ekspert qeyd edib.

Nensi Pelosinin Avarayr döyüşünü əks etdirən rəsm fonunda Cafesjian İncəsənət Mərkəzində çıxış etməsi ilə bağlı protokol epizodunu şərh edən Voskanyan vurğulayıb ki, iranlılar bu cür simvolik siqnalları diqqətlə izləyirlər.

Yaxın Şərqdə dövlətlər çox vaxt öz mövqelərini şifahi olmayan şəkildə ifadə edirlər. Aydındır ki, ABŞ-ın yüksək rütbəli rəsmisinin çıxışı İrana aydın mesaj vermək məqsədi daşıyırdı. Digər sual isə səfərin təşkilatçılarının bu addımı hansı məntiqlə atmasıdır.

"Bunu necə adlandıracağımı bilmirəm - ehtiyatsızlıq, yoxsa hazırlıqsızlıq, amma istənilən halda Ermənistan üçüncü ölkələrin yüksək rütbəli rəsmilərinin İran əleyhinə bəyanatlar verəcəyi platformaya çevrilməməlidir", - Voskanyan bildirib.

Onun fikrincə, Avarayr döyüşü şəklinin qarşısında təşkil edilən tamaşa və onun məzmununa xüsusi diqqət yetirilməsi təsadüfi hadisə ola bilməz. Beləliklə, ABŞ simvollar səviyyəsində bu mesajları mükəmməl oxuyan, düzəldən, lakin şiddətli reaksiya verməyən iranlılara mesaj verdi.

"Bildirmək lazımdır ki, xalqımızın İrana qarşı mehriban hissləri var və o, heç bir şəraitdə dəyişməyəcək. Hakimiyyət gəlib-gedir, amma Ermənistan-İran dostluğunun, münasibətlərinin böyük tarixi var, digər dövlətlərin yüksək rütbəli rəsmiləri də Ermənistanda bəyanatlar və ya simvolik mesajlar verərkən bu reallıqları nəzərə almalıdır”, - iranşünas ekspert qeyd edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->