Ermənistan parlamenti kilsənin təsis etdiyi "Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
APA "Sputnik"ə istinadən xəbər verir ki, bu addım ölkədə ictimai yayım statusuna malik telekanalların sayının azaldılmasını nəzərdə tutan qanun dəyişikliyi ilə əlaqədardır.
Yeni qərara əsasən, kilsəyə və bir sıra ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Bunun nəticəsində dini və mədəni proqramlar yayımlayan "Şoqakat” telekanalı fəaliyyətini dayandırmalı olacaq.
Şərhlər