Xəbər lenti

Ərdoğanla Əsədin mümkün görüşünün detalları açıqlandı
Dünya 10:38 29.07.2024

Ərdoğanla Əsədin mümkün görüşünün detalları açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin mümkün görüşünün detalları açıqlanıb.

Qaynarinfo "CNN Türk”ə istinadən xəbər verir ki, liderlər avqustun əvvəlində Rusiyanın paytaxtı Moskvada bir araya gələ bilərlər. Sözügedən görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcəyi gözlənilir.

Bundan başqa, ölkə liderlərinin İraqın paytaxtı Bağdadda və Türkiyə-Suriya sərhədindəki Kasep qapısında da görüşə biləcəkləri mümkün versiyalar sırasındadır.

Qeyd edək ki, iyulun 24-də V.Putin B.Əsədlə görüş baş tutub. Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşü olub.

Məlumata görə, R.T.Ərdoğan Suriya ilə münasibətlərin normallaşması üçün detalların müəyyənləşdirilməsini H.Fidana tapşırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->