Xəbər lenti

Ölkə 17:25 19.12.2025

"Elmi işçi 400-450 manat maaş alırsa, onların aqrar sektora verəcəyi töhfə sual altındadır"

"Elmi işçi 400-450 manat, elmlər doktoru 700 manat maaş alırsa, onların aqrar sektoru verəcəyi töhfə sual altındadır".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisdə  Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə "İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda keçirilən ictimai dinləmə zamanı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev  deyib.

Faiq Xudayev bildirib ki bu günə qədər tədbirlər keçirmişik, amma təəssüflər olsun ki, deputatlarımız orada iştirak etməyib: 

"Ümid edirəm ki, bugünkü dinləmədən sonra aqrar sektor və Milli Məclis arasında körpü daha da güclənəcək. Düşünürəm ki, belə tədbirlər sözügedən sahədə kadr çatışmazlığı həll edəcək. Məlumat üçün deyim ki, təmsil etdiyim qurumda 300 nəfərdən çox işçi çalışır. Bunlardan 140 nəfəri elmi fəaliyyətlə məşğul olurlar. Onlardan 44 nəfəri elmlər namizədi, 8 nəfəri isə elmlər doktorudur. Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası yüksək səviyyədə inkişaf edib. Lakin "Niyə kadr çatışmazlığı var?" sualının arxasında başqa səbəblər var. Bu, elmi-tədqiqat institutlarında çalışan gənclərin əmək haqqı məsələsidir. Elmi işçi 400-450 manat maaş alırsa, bu gənc gələcəkdə aqrar sektora hansı töhfəni verə bilər? Bundan başqa, elmlər doktoru 700 manat maaş alırsa, düşünürəm ki, onun H indeksli məqalələrinin çap olunması sual altında olacaq. Ümid edirəm ki, bu tədbirlərdən sonra sözügedən problemlər həll olunacaq".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->