Xəbər lenti

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik
Ekonomiks 18:12 18.10.2024

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə istehlakçılara 2 milyard 430,9 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu,  ötən ilin eyni dövrü ilə müqayisədə 212,4 milyon manat və ya 9,6 % çoxdur. Ötən ilin eyni dövründə əhali benzin və dizelə 2 milyard 218,5 milyon manat xərcləyib. 

Cari ilin yanvar-sentyabr ərzində (274 gün) əhali hər gün benzinə və dizelə 8 milyon 872 min manat pul xərcləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->