Xəbər lenti

Dünyada şəkər tozu bahalaşacaq - Hindistan qiyməti artırır
Dünya 20:40 29.07.2024

Dünyada şəkər tozu bahalaşacaq - Hindistan qiyməti artırır

Hindistan hökuməti şəkərin minimum satış qiymətinin (MSP) artırılması imkanını müzakirə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, belə bir qərar ölkənin şəkər sənayesi nümayəndələrinin müraciətinə cavab olaraq verilə bilər. Son illərdə şəkər qamışının alınması xərcləri əhəmiyyətli dərəcədə artdığından, minimum qiymət 2019-cu ildən bəri dəyişməz qaldığından, istehsalçılar MSP-nin artırılması zərurətində israr edirlər.

"Biz həm istehsalçıların, həm də istehlakçıların maraqlarını nəzərə alaraq şəkərin minimum satış qiymətini artırmaq üçün müxtəlif ssenariləri araşdırırıq", deyə Hindistanın qida və ictimai paylama departamentinin katibi Sanjeev Çopra bildirib.

Sənaye rəsmiləri deyirlər ki, MSP-də artım onlara oktyabrın 1-də başlayacaq qarşıdan gələn mövsümdə milyonlarla şəkər qamışı işçisinə maaşlarını vaxtında ödəməyə imkan verəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->