Xəbər lenti

Dünya səyyahları Füzulidə (FOTO)
Foto 19:42 27.03.2026

Dünya səyyahları Füzulidə (FOTO)

"NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Füzuli şəhəri olub.

Qaynarinfo xəbər verir ki, Füzuli şəhərinə gələn səyyahlar işğal zamanı dağıdılmış ərazilərə baxıblar. Eyni zamanda, azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti quruculuq işlərinin şahidi olublar.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir. Bu isə sayca indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.

"NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. "NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.
--> -->