Xəbər lenti

17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı (FOTO/YENİLƏNİB)
Foto 13:53 29.10.2025

17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı (FOTO/YENİLƏNİB)

Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 28.10.2025-ci il tarixində saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib”.

12.21
 
Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib. Yeniyetmə qızın toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, 17 yaşlı qız uzun müddət öncə ailə qurub, lakin toy ötən gün baş tutub.

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toy mərasimində iştirak edən hər iki gənc Dolu kənd sakini olub: "Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamiləymiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
 
11:09
 
Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.

Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.-nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->