Xəbər lenti

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır
Ekonomiks 15:33 16.12.2025

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. 

Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood” MMC seçilib. 

"Embawood” şirkəti Azərbaycanın mebel sənayesində aparıcı şirkətlərdən hesab edilir. 1996-cı ildən fəaliyyət göstərən şirkət 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3250 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. 

"Embawood” şirkətinin təsisçisi isə deputat Məşhur Məmmədovdur. O, 2011-ci ilə kimi şirkətin baş direktoru vəzifəsində çalışıb. 2011-2013-cü illərdə isə  "Embawood Gürcüstan” şirkətinin baş direktoru olub. Məşhur Məmmədov 2013-2015-ci illərdə "Embawood” MMC-nin təsisçisi kimi qalmaqla şirkətin direktor müavini vəzifəsində işləyib. 

Məşhur Məmmədov 2020-ci ildən deputatdır. 

Seyid


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->