Xəbər lenti

Dövlət Komitəsinin şöbə müdiri vəfat etdi (FOTO)
Ölkə 09:44 14.08.2024

Dövlət Komitəsinin şöbə müdiri vəfat etdi (FOTO)

Dövlət Statistika Komitəsinin şöbə müdiri vəfat edib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Paşa Yaşar Əhməd oğlu dünyasını dəyişib. 

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. 

Qeyd edək ki, P.Yaşa 1962-ci anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirib. 1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləyib. 

1999-cu ildən Dövlət Statistika Komitəsinin Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən isə Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri idi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->