"Bizim qarşımızda çıxış edən nazirlər nə Norveçin, nə də Almaniyanın nazirləridir. Müharibədən çıxan bir ölkənin nazirləridir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında büdcə müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, bizim kənardan pulumuz gəlmir:
"Onlar hesablayıb büdcəyə uyğun çıxış edirlər. Yəni dövlət büdcəsi üçün böyük əziyyət çəkiblər. Hamı dedi ki, kəndimizdə qaz, su, yol, məktəb yoxdur. Bir müddət qazsız, susuz, məktəbsiz qala bilərik. Əsas odur ki, müharibədən çıxmışıq, bilirik neçəyə başa gəlir. İndi Qarabağ tikilir. Mən oradakı şəhərlərə İlham Əliyevin şəhərləri deyirəm. 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir".
Aqil Abbas qeyd edib ki ermənilər Qarabağa 800 milyard dollar ziyan vurub və onu qısa müddətdə həll etmək mümkün deyil:
"Xahiş edirəm, növbəti müzakirəni cari məsələyə çevirməsinlər. Qaz da, su da olacaq. Qohum-əqrəbam deyir ki, mənim də kəndimdə qaz yoxdur. Görüşəndə deyirəm ki, 30 ildir qazsız yaşamısınız, Ağdamın, Füzulinin, Kəlbəcərin xətrinə dözün də, qardaşlar. Təki evimizə-eşiyimizə qayıdaq və orada adam balası kimi yaşayaq".
Qafqaz Rafiqoğlu
Şərhlər