Xəbər lenti

Deputat:
Ölkə 15:15 16.05.2025

Deputat: "Bir dənə Lor yoxdur, hörmətli səhiyyə naziri"

"İmişli-Saatlı-Sabirabadda 400 minə qədər əhali yaşayır. Lakin bir dənə Lor yoxdur, hörmətli səhiyyə naziri. Onlar yığışıb Lor üçün Bakıya gəlməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.

Deputat bildirib ki, rayonlardakı direktorlar ora gedən həkimlərin hansısa sözlərinə uyaraq, onları 3-4 aydan sonra geri göndərirlər:

"Burda təhsil alan həkim vətənə borcunu ödəməmiş hara gedir? Guya buna rayonun havası düşmədi. Bu, əsassız bəhanədir. Mütləq həkim təyinatla getdiyi yerdə işləməli və sonra geri qayıtmaq barədə düşünməlidir. İmişlidə 140 minlik əhalinin bir dənə rentgeni yoxdur. Belə iş olar?  Təyinat mütləq məcburi olmalıdır".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->