Çexiya prezidenti Petr Pavel ölkəsinin Aİ-yə daxil olmasının 20-ci ildönümündə Avropa İttifaqının genişlənməsinin yeni mərhələlərini dəstəklədiyini bildirib.
Qaynarinfo bu barədə DPA-ya istinadən xəbər verir.
Çexiyanın Aİ-yə daxil olmasının 20-ci ildönümü münasibətilə keçirilən konfransda o, Aİ-nin genişlənməsinin "geostrateji zərurət” olduğunu bildirib.
"Əgər Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanı uzun müddət Aİ-yə üzvlük astanasında qoysaq, onları Rusiya kimi avropalılara və Avropaya yaxşılıq istəməyən qüvvələrin mərhəmətinə buraxacağıq”, - Pavel xəbərdarlıq edib.
Eyni zamanda, o, Aİ-nin islahatları üçün təzyiq göstərərək, Aİ-nin yaxşılaşa biləcəyini söyləyib.
Nizami Bağırov
Şərhlər