Xəbər lenti

Cənubi Koreya prezidenti Ukraynaya silah tədarükünün şərtlərini açıqladı
Dünya 18:11 08.07.2024

Cənubi Koreya prezidenti Ukraynaya silah tədarükünün şərtlərini açıqladı

Seul Moskva və Pxenyan arasında yeni hərbi paktın necə işləyəcəyinə əsaslanaraq, Ukraynaya silah yardımı edib-etməməsinə qərar verəcək.

Qaynarinfo "Reuters”ə müsahibəsinə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok Yol deyib.

Ukraynaya silah tədarükünə icazə verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq Yun bildirib ki, Cənubi Koreya "Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın səviyyəsi və məzmununa” nəzarət edəcək.

"Bu, silah ticarəti, hərbi texnologiyanın ötürülməsi və strateji materiallarla yardım kimi sahələri əhatə edəcək”, deyə o, əlavə edib.

Yun NATO liderləri ilə Şimali Koreyanın Rusiya ilə hərbi əlaqələri dərinləşdirməklə Avropaya yaratdığı açıq təhlükəni müzakirə edəcəyini deyib və xəbərdarlıq edib ki, Moskva iki Koreya arasında seçim etməli olacaq.

"Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq Koreya yarımadasında və Avropada sülh və təhlükəsizliyə açıq təhdid və ciddi problem yaradır", deyə Yun qeyd edib.

Cənubi Koreya ilə Rusiya arasında münasibətlər Moskvanın Pxenyandan Ukraynaya qarşı müharibə üçün ballistik raket və artilleriya göndərilməsindən sonra pisləşib.

Xatırladaq ki, iyun ayında Cənubi Koreya Şimali Koreya və Rusiya müharibə olacağı təqdirdə qarşılıqlı müdafiə haqqında pakt imzaladıqdan sonra Ukraynaya silah tədarükünün mümkünlüyünü nəzərdən keçirmək qərarına gəlib.

Cənubi Koreya qanuni məhdudiyyətlərə görə Ukraynaya birbaşa silah tədarük etməyən ölkələrdən biridir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->