Xəbər lenti

Britni Spirsin keçmiş əri müğənninin
Maqazin 23:59 25.01.2024

Britni Spirsin keçmiş əri müğənninin "əhvalının dəyişməsinə görə" təzminat tələb edir

Müğənni Britni Spirsin keçmiş əri, fitnes məşqçisi Sem Asgeri ulduzun əhvalının dəyişməsinə tab gətirmək məcburiyyətində qaldığı üçün ondan əlavə pul təzminatı tələb edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Us Weekly" özəl mənbəyə istinadən məlumat yayıb.

"Sem hesab edir ki, Britni ilə keçirdiyi hər şeyə görə ona layiqli şəkildə kompensasiya verilməlidir. Onun istədiyi dəqiq məbləğ məxfi saxlanılır, lakin Britni və komandasının təkliflərindən narazıdır", deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Sem Asgeri müğənninin nalayiq davranışının və əhvalının dəyişməsinin şahidi olub, ona görə də indi yaxşı pul təzminatı almaq istəyir. Başqa bir mənbə bildirib ki, fitnes məşqçisi sənətçinin əlindən hər şeyi almağa çalışır. Hazırda cütlüyün boşanma razılaşması qeyri-müəyyəndir.

Avqustun 16-da Britni Spirsin toylarından bir il sonra əri Sem Asgeri ilə boşandığı barədə məlumatlar ortaya çıxıb. Jurnalistlərin dediyinə görə, ayrılığa bir həftə qalmış fitnes məşqçisi müğənni ilə xəyanət şayiələrinə görə güclü mübahisə edib. Bundan sonra Spirs və Asgeri hər hansı bir şəkildə əlaqəni dayandırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->