Xəbər lenti

Britni Spirs möhtəşəm dönüşə hazırlaşır - 8 il sonra ilk albom gəlir
Maqazin 20:33 30.12.2023

Britni Spirs möhtəşəm dönüşə hazırlaşır - 8 il sonra ilk albom gəlir

Müğənni Britni Spirsin 8 ildən sonra ilk albomu gələn il buraxıla bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən "The Sun" məlumat yayıb.

Bildirilib ki, albom üçün mahnıları Selena Qomes, Qven Stefani və Kamila Kabello ilə işləmiş britaniyalı müğənni və bəstəkar Çarli XCX yazacaq. Mənbənin sözlərinə görə, onlar Spirsi səhnəyə qaytaracaq super hitlər yaratmağı planlaşdırırlar.

"O, 21-ci əsrin ən böyük ulduzlarından biri kimi tanınır, ona görə də musiqi qüsursuz olmalıdır. Çarli gözəl pop mahnıları yazmağı bilir", deyə mənbə bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->