Britaniyanın sağçı "Reform UK" Partiyasının sədri Naysel Farac gələcəkdə ölkənin baş naziri postunu tuta biləcəyini istisna etməyib.
Qaynarinfo bu barədə "Sky News"a
istinadən xəbər verir.
Böyük Britaniyanın baş naziri postunu tutmağın perspektivlərindən danışan Farac deyib ki, gələcəkdə bu, mümkündür.
O, həmçinin bir nəfərlik partiya kimi görünməməsi üçün "Reform UK" partiyasını daha demokratik etmək niyyətində olduğunu bildirib.ş
"Mən bunun tək adam partiyası olmasını istəmirəm. Baxın, bu, prezidentlik sistemi deyil. Əgər belə olsaydı, mən başqa cür düşünərdim. Amma indi doğru deyil. Biz daha çox iş görməliyik", deyə Farac bildirib.
Siyasətçi həmçinin etiraf edib ki, Britaniyada keçirilən seçkilər zamanı onun siyasi birləşməsini ingilislərin qəbul etməsində problemlər yaranıb.
Britaniyada keçirilən seçkilər zamanı "Brexit" ideoloqu və "Reform UK" Partiyasının lideri Naysel Farac ilk dəfə parlamentə mandat qazanıb.
Aydın
Şərhlər