Xəbər lenti

Britaniya hakimiyyəti pişik Larrinin ölümü ilə bağlı xüsusi plan hazırlayıb
Dünya 15:08 24.08.2024

Britaniya hakimiyyəti pişik Larrinin ölümü ilə bağlı xüsusi plan hazırlayıb

Britaniyanın yüksək rütbəli məmurları son bir il ərzində baş nazirin Dauninq-stritdəki iqamətgahında yaşayan 17 yaşlı pişik Larrinin ölümü ilə bağlı plan üzərində işləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" mənbələrə istinadən yazıb. 

Onlardan biri əmin edib ki, Larri indi özünü yaxşı hiss edir. Bununla belə, qəzetin yazdığı kimi, pişiyin səhhəti ilə bağlı narahatlıq ona baxan dövlət məmurları arasında tez-tez söhbət mövzusudur.

Onun ölümü ilə bağlı plan "Larry Bridges" adlanır. Bu, kral ailəsinin üzvlərinin ölümü ilə bağlı planların adlarına ironik bir istinaddır. Planın bir hissəsi olaraq, Larrinin Dauninq-stritdəki fotoşəkilləri onun ölüm xəbərindən sonra dərc edilmək üçün seçilib və hökumət sənədlərində saxlanılır. Mətbuat açıqlaması və sosial şəbəkələrdə dərc üçün materiallar da hazırdır.

Larri pişik sığınacaqdan götürülüb və 2011-ci ildən Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayır. O, artıq beş baş nazirlə "işləyib": Devid Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass və Rişi Sunak. Hazırkı baş nazir, Leyboristlərin lideri Kir Starmer iyul ayında vəzifəyə başlayıb.

Fevralda məlum olub ki, Bukingem sarayı kral III Çarlzın ölümü halında hakimiyyətin ötürülməsi planını hazırlayıb. Kod adı "Menai körpüsü" olan planda hakimiyyətin taxtın varisi şahzadə Uilyamın əlinə keçməsi nəzərdə tutulur. Elə həmin ay 75 yaşlı III Çarlza xərçəng diaqnozu qoyulub. Mart ayında mediada və sosial şəbəkələrdə kralın ölümü ilə bağlı xəbərlər yayılsa da, onlar təsdiqini tapmayıb. Aprel ayında monarx xəstəliyi barədə məlumat verildikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->