Xəbər lenti

Başına silah dayayıb 30 milyon istədi - Gecəki basqının detalları (VİDEO)
Ölkə 09:57 10.09.2024

Başına silah dayayıb 30 milyon istədi - Gecəki basqının detalları (VİDEO)

Xəbər verdiyimiz kimi, sentyabrın 9-u axşam saatlarında Binəqədi rayonu Abay Kunanbayov küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.

Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.

Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.

Ətraflı videomaterialda:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->