Xəbər lenti

Bakının məşhur fitnes mərkəzi cərimələndi (SƏBƏB)
Ekonomiks 22:18 27.07.2024

Bakının məşhur fitnes mərkəzi cərimələndi (SƏBƏB)

Dövlət Reklam Agentliyi Bakıda məşhur fitnes mərkəzini cərimələyib. 

Qayanrinfo-nun məlumatına görə, Agentliyin Bakı şəhəri Reklam İdarəsi tərəfindən aparılan araşdırma zamanı Binəqədi rayonu, Mir Cəlal 85 ünvanında yerləşən "Lion CN Fitness” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi müəyyən edilib. 

"Lion CN Fitness” barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) inzibati protokol tərtib olunub. 

Məhkəmənin qərarı ilə "Lion CN Fitness” rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib və 1500 manat məbləğində cərimə təyin edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->