Xəbər lenti

Bakının bu rayonlarında qaz olmayacaq
Ekonomiks 19:56 10.09.2024

Bakının bu rayonlarında qaz olmayacaq

Bakının Sabunçu rayonunun, Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, "Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.


Bildirilir ki, təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsinin, Qobustan qəsəbəsinin Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



--> -->