Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edib.
Qaynarinfo həmin müraciəti təqdim edir:
"Həyatınızı 3-5 saniyə irəli düşmək istəyinə qurban verməyin - qaydalara əməl edin!
Sadəcə işıqforun qırmızı işığında gözləməli idi, ancaq dayanmadı və qəzanın baş verməsinə səbəb oldu. Müşahidələr onu deməyə əsas verir ki, bu cür yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi bəzi sürücülərin qaydalardan məlumatlı olmasına baxmayaraq, qəsdən işıqforun qırmızı işığından keçməsi ilə bağlıdır. Yəni sürücülər "Yol hərəkəti haqqında" Qanunun 59-cu maddəsinin III hissəsində yer alan "qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir" tələbinin mahiyyətini dərk etsələr də, onların sadəcə bir neçə saniyə irəli düşmək istəyi qəzaların qeydə alınmasına gətirib çıxarır.
Yadda saxlayaq ki, Qanunun tələblərinə riayət edərək yollarda hərəkət etmək, işıqforun və nizamlayıcının siqnallarını yerinə yetirərək yola davam etmək yol hərəkəti iştirakçıları üçün məcburidir və bu, ən təhlükəsiz, rahat variantdır".
Şərhlər