Xəbər lenti

Azərbaycannın valyuta ehtiyatı nə qədərdir?
Ekonomiks 13:08 14.03.2025

Azərbaycannın valyuta ehtiyatı nə qədərdir?

Hesabat ilinin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları təxminən 11 mlrd. ABŞ dolları olub.

Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
 
Əlverişli xarici sektor göstəriciləri şəraitində ölkənin strateji valyuta ehtiyatları 2024-cü ildə 3,7% artaraq 71 mlrd. ABŞ dollarını ötüb və ÜDM-in 95,6%-i səviyyəsinə çatıb.

Qeyd edilib ki , 2024-cü ilin dekabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,3 dəfə üstələyib (2025-ci il 1 yanvar tarixinə olan M2 pul aqreqatı götürülməklə).
 
Qafqaz Rafiqoğlu 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->